10 
Yan
2021
15:53
2442

Gənc oğlan yalanı ortaya çıxmasın deyə bütün ailəsini öldürdü - FOTO

Kanadada yaşayan 24 yaşlı Menhaz Zaman, valideynlərinin yalanını öyrənməsindən qorxduğu üçün bütün ailəni öldürüb.

InterPress.ge xəbər verir ki, məlumat Mirror tərəfindən yayılıb.

Zaman hər kəs tərəfindən çox sevilirdi. Ailəsini hər zaman birinci yerdə tutan oğlan idi, buna görə də heç kim onun belə bir şey edə biləcəyini düşünmürdü.

Zaman Kanadada valideynləri, bacısı və nənəsi ilə birlikdə yaşayırdı. Ailəsi əslən Banqladeşdəndir, iş axtarmaq üçün Kanadaya köçüblər.

Zamanın valideynləri onun York Universitetində oxuduğunu düşünürdü, çünki oğlan hər səhər məktəbə avtobusla gedib evə gələndə maşınqayırma barədə danışırdı.

Ancaq Zaman ailəsinə yalan danışırdı. Heç vaxt York Universitetində oxumayıb. Hər səhər əlində kompüterlə sadəcə video oyun oynamaq üçün evdən çıxırmış. Virtual dostlar qazandı və virtual dünyada yaşamağa başladı.

Valideynlərinin Zamanın Universiteti bitirməsi barədə danışmağa başlayanda və məzuniyyət gecəsi yaxınlaşanda Zaman qorxdu. Valideynləri, bu günə qədər onları aldatdığını anlayacaqdı. Buna görə onları öz əlləri ilə öldürməyə qərar verdi.

Zaman əvvəl evdə olan anasını və nənəsini öldürdü. Sonra atası və bacısını gözlədi və evə qayıdanda onları da öldürdü.

Zaman bacısı və atasının gəlməsini gözləyərkən virtual oyun oynayırdı və virtual dostlarına ailə üzvlərindən necə qurtulacağını izah etdi.

Əvvəlcə Zamanın sözləri virtual aləmdə bir zarafat kimi qəbul edildi, ancaq Zaman onlara fotolarını göndərdikdən sonra çox qorxdular və hadisəni polisə bildirməyə qərar verdilər.

Zamanı 40 ilə qədər həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın