09 
Yan
2021
20:34
2475

Bəy toydan qaçdı, gəlin qonaqlardan biri ilə evləndi - FOTO

Hindistanda Karnataka əyalətində bəy öz toyundan qaçıb və gəlin qonaqlardan biri ilə evlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Bangalore Mirror yazıb.

Məlumata görə, bəy başqa bir qadınla gəlini aldadırmış. Bəyin sevdiyi qadın kişini şantaj edərək toyu pozmaqla hədələyib. Kişi elə bu səbəbdən toydan qaçıb.

Bəyin bu davranışı gəlini və ailəsini ümidsizliyə sövq edib. Ancaq qızın ailəsi toyu pozmaq istəməyib. Gəlin toya dəvət olunan qonaqlar arasından gələcək həyat yoldaşını seçib və onunla evlənib.

Bizimlə əlaqə saxlayın