08 
Yan
2021
13:24
392

Azərbaycanda şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək

“YAŞAT kart”la bağlı layihə düşünürük. Hər bir ailəyə bu kart veriləcək”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək: “Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq”.

Bizimlə əlaqə saxlayın