05 
Yan
2021
14:54
445

Gürcüstanın Böyük Britaniyadakı səfirliyi vətəndaşlara müraciət edir

Gürcüstanın Böyük Britaniyadakı səfirliyi Gürcüstan vətəndaşlarının nəzərinə açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, açıqlamada bildirilir:

"Bu gün Baş nazir Boris Johnson əhaliyə müraciət etdi və koronavirus hallarının sayının sürətlə artması səbəbindən 5 yanvar tarixindən Britaniyada Kovid siqnalizasiya sisteminin 5-ci səviyyəsinin başlamasını və aşağıdakıları da əhatə edən ümumi karantin elan etdi:

İnsanlar evdə qalmalıdırlar. Hərəkət istisnadır: əsas ehtiyaclar, təhsil, iş yerinə getmək və gündə bir dəfə idman məqsədilə;

Qonaqpərvərlik sektoru bağlıdır;

Mümkün olduğu təqdirdə evdən çalışımalı;

Hər növ ticarət obyektləri, istirahət və əyləncə mərkəzləri bağlıdır;

Təhsil müəssisələri və məktəblər fevralın ortalarına qədər onlayn tədris rejiminə keçəcəkdir. İstisna olaraq məktəblər yalnız xüsusi peşə sahiblərinin övladları üçün açıq olacaqdır.

Baş nazir Johnson, Britaniyada təsdiqlənmiş iki peyvənd (Pfizer və AstraZeneca-Oxford) ilə universal aşılanmanın edildiyini də qeyd etdi. Fevralın ortalarına qədər tətbiq olunan məhdudiyyətlər uğurlu aşılama və əhali tərəfindən hökumətin tövsiyələrinin qorunmasından asılı olacaq", - deyə Gürcüstan səfirliyindən verilən açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər