02 
Yan
2021
10:07
235

Litva və Estoniya Böyük Britaniya ilə uçuşlarını bərpa edib

Litva Böyük Britaniya ilə hava rabitəsini bərpa edib.

Bu barədə Mk.ru ölkənin hava limanının məlumatına istinadla xəbər yayır.

Estoniyanın da oxşar qərar verdiyi bildirilir.

Britaniyadan Litvaya gedənlərin uçuşdan 48 saat əvvəl, Estoniyaya gedənlərin isə 72 saat əvvəl mənfi nəticəli koronavirus testi vermələri tələb edilir.

Litvaya gələnlər 10 gün, Estoniyaya gələnlər isə 14 gün təcrid olunmalıdırlar.

Xatırladaq ki, ötən ilin dekabr ayında dünyanın bir sıra ölkələri koronavirusun daha yolxucu növünün aşkarlanması səbəbindən Britaniya ilə uçuşları dayandırıblar.

Bizimlə əlaqə saxlayın