01 
Yan
2021
09:56
475

COVID-19-un “Britaniya ştammı” Çinə çatdı

Böyük Britaniyada aşkarlanan COVID-19-un yeni ştammına Çində rast gəlinib.

“China Daily” qəzeti bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatına istinadən məlumat yayır.

Bir həftə əvvəl Çinin COVID-19-un yeni bir növünün qeydə alındığı Britaniya ilə uçuşlarını müvəqqəti dayandırmağa qərar verdiyi bildirilib.

Hesab edilir ki, o, adi formadan daha təhlükəli deyil, ancaq əhəmiyyətli dərəcədə daha sürətlə yayılır.

Çin pandemiyanın başlanğıcında ilk koronavirus ocağı oldu, lakin bu günə qədər Britaniya da daxil olmaqla bir sıra digər ölkələrdə qeydə alınan yoluxma hadisələrinin sayı əhəmiyyətli dərəcədə çoxdur.

Bizimlə əlaqə saxlayın