31 
Dek
2020
09:29
240

Norveçdə torpaq sürüşməsi baş verib: Onlarla şəxs itkin düşüb - VİDEO

Norveçin paytaxtı Oslonun bir neçə kilometrliyində yerləşən Rumerike bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində 12 nəfər itkin düşüb, təxminən 15 yaşayış evi torpağın altında qalıb.

Bu barədə NRK televiziya və radio şirkəti xəbər verib.

Torpaq sürüşməsi baş vermiş ərazinin yaxınlığında yaşayan təxminən 1 500 nəfər sakin evakuasiya edilib.

Hazırda itkin düşən şəxslərin axtarışı istiqamətində iş aparılır.

Bizimlə əlaqə saxlayın