28 
Dek
2020
12:59
562

Çinli jurnalist Wuhan epidemiyasını işıqlandırdığı üçün dörd il həbs cəzasına məhkum edildi

Çin məhkəməsi Wuhan şəhərindən koronavirus epidemiyası ilə əlaqəli mövzuları işıqlandıran jurnalisti 4 il həbs cəzasına məhkum edib.

InterPress.ge xəbər verir ki, bu barədə Deutsche Welle məlumat yayır.

Məlumata görə, 37 yaşlı Zhang Zhangın məhkəməsi Şanxayda keçirilib və o, problemi işıqlandırmaqla günahlandırılıb. Zhang Zhangın tez-tez ölkə hökumətini tənqid etdiyi və Wuhanda virusun yayılmasını dayandırmaq üçün yetərli olmayan hərəkətlərdə ittiham etməsi diqqət çəkir.

"Hökumət insanlara kifayət qədər məlumat vermədi və sonra şəhəri bağladı",- deyə jurnalist bildirib.

Zhang, Koronavirus pandemiyasını işıqlandırdığına görə məhkəmə tərəfindən həbs cəzasına məhkum edilən ilk jurnalistdir. Wuhandan gələn xəbərləri yayımlayan üç jurnalistin fevral ayından bəri itkin düşməsi diqqət çəkir.

Bizimlə əlaqə saxlayın