28 
Dek
2020
09:19
1291

Qızlarının qızıllarını istəyən qudalarını güllələdi

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.

“Haber Global” xəbər verir ki, hadisə Samsunda qeydə alınıb.

Rəsmi nikah bağlamadan birlikdə yaşayan qız və oğlan bir il yarım sonra ayrılmaq qərarına gəliblər. Bu zaman qızın valideynləri oğlanın qaldığı evə gəlib və ondan qızının qızıllarını istəyiblər.

Bu zaman oğlanın atası evində saxladığı tüfənglə qızın valideynlərini güllələyib və hadisə yerindən qaçıb.

Hadisə nəticəsində yaralanan 48 yaşlı H.T. və 50 yaşlı A.B. xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın