28 
Dek
2020
00:34
2057

SON DƏQİQƏ XƏBƏR! Qarabağda vəziyyət gərginləşdi

Bu gün Azərbaycanın Xocavənd rayonunun Tuğ kəndində erməni silahlıların təxribat törətdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

InterPress.ge yerli media istinadən xəbər verir ki, ermənilərin təxribatı nəticəsindı Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərov şəhid olduğu, daha bir əsgərin isə yaralandığı iddia edilir.

Buna cavab olaraq Azərbaycan Ordusunun xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatına başlayıb və Tuğ kəndində məktəbdə gizlənən 6 erməni silahlısı məhv edilib. Əməliyyatın hazırda da davam etdiyi barədə sosial şəbəkələrdə iddialar var.

Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama hələlik yoxdur.

Bizimlə əlaqə saxlayın