27 
Dek
2020
21:38
648

Soydaş İctimai Birliyi Soydaş qanununun qəbulunu istəyir

Azərbaycanda fəaliyyət göstərən Soydaş İctimai Birliyi Soydaş haqqında qanunun qəbulunun zəruriliyini təkrar gündəmə gətirib.

InterPress.ge xəbər verir ki, bu barədə Soydaş İctimai Birliyi məlumat yayıb.

"Vətən Müharibəsindən sonra, Soydaş haqqında qanunun qəbulunun zəruriliyini təkrar gündəmə gətirdik.

Pandemiya dövrünə qədər, bu istiqamətdə tədbirlər təşkil etdik, təkliflərimizi çatdırdıq.

Aidiyyatı dövlət qurumları ilə, yəni Milli Məclisdə, Diasporla İş üzrə Dövlət Komitəsində, Dövlət Miqrasiya Xidmətində görüşlər keçirdik. Etdiyimiz beş müraciətə rəsmi cavab aldıq.

Şahidik ki, Vətən Muharibəsi zamanı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadılar.

SOYDAŞ İctimai Birliyi olaraq, hesab edirik ki, Soydaş haqqında qanunun qəbulu milli maraqlarımıza uyğundur.

Azərbaycan Respublikası ilə Soydaşlarımızın vəhdətini daha da gücləndirəcək", - deyə məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın