1 USD =3.22 GEL 1 EUR =3.814 GEL 1 AZN =1.894 GEL 1 TRY =0.405 GEL 1 RUB =4.217 GEL
17 
Okt
2020
08:28
1627

Ermənistan Gəncəni yenə vurdu - çoxlu sayda ölən və yaralananlar var - VİDEO

"Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

"Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər "dünya" xəbərləri