1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
16 
Okt
2020
12:53
853

Azərbaycan MN-dən açıqlama gəldi - "Düşmən qaçır"

"Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər "dünya" xəbərləri