05 
Dek
2020
21:35
500

Rustavidə avtomobil qəzası baş verdi

Rustavinin Dostluq prospektində yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, Toyota markalı avtomobil Zebra keçidində piyadalara yol verərək yavaşlayıb, bu zaman Volkswagen markalı avtomobil arxadan Toyota markalı avtomobilə çırpılıb.

Nəticədə, Toyota avtomobili bir neçə metr uzağa düşüb, Volkswagen avtomobili isə dəmir bəndlə toqquşub.

Məlumata görə, Toyota markalı avtomobildə sürücü və daha üç nəfər var imiş.

Yol qəzasında bir neçə nəfər yüngül xəsarət alıb, iki nəfər isə xəstəxanaya çatdırılıb.

Hazırda sağlamlıq vəziyyətləri stabildir.

Hadisə yerinə bir neçə patrul polisi və təcili yardım briqadası cəlb edilib.

Bizimlə əlaqə saxlayın