05 
Dek
2020
21:21
626

Gürcüstanda iki avtomobil yoldan çıxaraq xəndəyə düşdü

Tbilisi - Senaki magistral yolunda qəza baş verib.

InterPress.ge xəbər verir ki, hadisə Qori tunelinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, iki avtomobil magistral yoldan çıxaraq xəndəyə düşüb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Avtomobillər xilasetmə qrupları tərəfindən xəndəkdən çıxarılıb.

Bizimlə əlaqə saxlayın