04 
Dek
2020
22:45
7831

Vətəndaşların nəzərinə! 300 larilik yardım bu şəxslərə verilir

Baş nazirin 26 noyabrda qəbul etdiyi qərara əsasən, pandemiyadan zərər görmüş obyekt sahiblərinə və lisenziya (indmecarme) ilə işləyənlərə bir dəfəlik 300 larilik yardım veriləcək.

InterPress.ge məlumat verir ki, 300 larilik yardım bütün vətəndaşlara aid deyil.

Bizə daxil olan məlumata görə, bir çox vətəndaş 300 larilik yardımı bütün vətəndaşlara aid olduğunu hesab edir və bu 300 lariyi almaq və qeydiyyat etdirmək məqsədi ilə banklara müraciət edib hesab nömrəsi açdırırlar, bu isə banklar qabağında sıxlığı gətirib çıxarır və bir çox insanın koronavirusa yoluxma təhlükəsini artırır.

Bu yardımın bir tək fərdi sahibkara, iş yerlərini itirənlərə, iş yerləri bağlananlara aid olduğunu bir daha nəzərinizə çatdırırıq.

Bu xəbərin maksimum paylaşılması və hərkəsə çatdırılması xahiş olunur.

INTERPRESS.GE

Bizimlə əlaqə saxlayın