04 
Dek
2020
21:06
469

Azərbaycanın Gürcüstandakı səfirliyində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib - FOTO

Bu gün, saat 12:00-da Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

InterPress.ge xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilir ki, anım tədbirindən sonra tarixdə ilk dəfə olaraq, Gürcüstanda, Səfirliyin ərazisində işğaldan azad edilmiş Qarabağ torpağında becərdilmiş və Azərbaycanın düşmən üzərində şanlı zəfərin simvollarından biri olan Xarıbülbül gülü əkilib. Bununla da, Qarabağ ətri, qələbə ətri Gürcüstana da gətirilmişdir.

Eyni zamanda qeyd edilib ki, Xarıbülbül gülünün Gürcüstana gətirilməsi “AS Georgia” şirkətinin direktoru Emin Abbasovun dəstəyi ilə mümkün olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər