04 
Dek
2020
17:14
556

Tikaradze: "Səhiyyə Nazirliyi hal-hazırki vəziyyətə hazır olmaq üçün 1 gün 1 saat belə işini dayandırmadı”

“Səhiyyə Nazirliyi hal-hazırki vəziyyətə hazır olmaq üçün 1 gün 1 saat belə işini dayandırmadı”.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze jurnalistlərə açıqlamasında bildirib.

"Səhiyyə Nazirliyi bu günə hazırlaşmaq üçün 1 gün və 1 saat işini dayandırmadığına görə, həqiqətən vaxt itirilməyib, bütün çətinliklərin öhdəsindən gəlməyə hazırlaşmağa davam edirik", - dedi Tikaradze.

Nazir həkimlərin və səhiyyə sisteminin həm vətəndaşların, həm də medianın daha koordinasiyalı işinə ehtiyac duyduqlarını əlavə edib.

"Yalnız Gürcüstanda deyil, bütün dünyada koronavirus yalnız səhiyyə sistemləri üçün deyil, bütün dövlət üçün bir problemdir. Əlbətdə ki, Gürcüstan üçün də, hələ başlanğıc mərhələsində olan Gürcüstanın səhiyyə sistemi üçün də çox böyük bir çağırışdır. Buna görə də, Gürcüstan həkimləri və səhiyyə sistemi sistemdə mövcud olan bütün problemləri vaxtında müəyyənləşdirmək və onlara vaxtında cavab vermək üçün həm vətəndaşlar, həm də media tərəfindən daha koordinasiyalı işə və dəstəyə ehtiyac duyur”,- deyə Tikaradze qeyd etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər