04 
Dek
2020
12:56
470

Son 24 saat ərzində qaydaları pozan 1041 nəfər cərimələndi - VİDEO

Son 24 saat ərzində ölkə daxilində tətbiq edilmiş məhdudiyyətlər daxilində qüvvədə olan qaydaların pozulması ilə əlaqədar 1041 qanun pozuntusu aşkar edilmişdir.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Məlumata görə, Polis 111 nəfərə İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən cərimə kəsib.

“Cərimə olunanlar arasında axşam saat 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.

Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə 930 şəxs İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.

Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir.

Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır”,- deyə bildirilir məlumatda.

Bizimlə əlaqə saxlayın