04 
Dek
2020
12:32
821

Milli Ətraf Mühit Agentliyi açıqladı: Qış hava istiliyi normada və ya normadan 1 dərəcə isti olacaq

Gürcüstanın bütün ərazisində qışda orta hava istiliyi normada və ya normadan 1 dərəcə isti olacaqdır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılır.

Məlumata görə, qış mövsümünün bəzi günlərində temperatur kəskin şəkildə enə bilər.

"Gürcüstan da daxil olmaqla Cənubi-Şərqi Avropa bölgəsi ölkələrinin İqlim Proqnozları Forumu tərəfindən hazırlanan 2020-2021 qış mövsümü üçün hava proqnozuna əsasən, Gürcüstanda orta qış hava istiliyi normada və ya normadan 1 dərəcə isti, yağıntının miqdarı isə norma daxilində gözlənilir.

Mütəxəssislərin fikrincə, qış mövsümünün bəzi günlərində Qərbi Gürcüstanın aran bölgələrində havanın temperaturunu gecələr azalması mümkündür -4, -6; dağlıq rayonlarda -8, -10; yüksək dağlıq rayonlarda -11, -13 dərəcəyədək, Şərqi Gürcüstanın ovalıqlarında -7, -9; dağlıq rayonlarında -11, -14; yüksək dağlıq rayonlarında-18, -20 dərəcəyədək", - Milli Ətraf Mühit Agentliyinin yaydığı açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın