04 
Dek
2020
10:57
1442

Gürcüstanda REKORD sayda yoluxma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 5 068 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 152 704 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 336 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 126 904 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 38 nəfər ölüb və ölənlərin ümumi sayı 1 425 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın