03 
Dek
2020
18:46
726

MSK-nın təsdiqlədiyi son nəticələrə görə hansı partiyanın neçə mandatı var?

Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə görə, Gürcüstan Parlamentində ən çox yer "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası qazandı.

InterPress.ge xəbər verir ki, MSK 31 oktyabr 2020-ci il tarixli parlament seçkilərinin son nəticələrini bu gün təsdiqləyib.

MSK-nın nəticələrinə görə, Gürcüstan Parlamentindəki mandat sayı aşağıdakı şəkildə bölüşdürülüb:

"Avropalı Gürcüstan"- 5 mandat

"Milli Hərəkat - Güc Birlikdədir" - 36 mandat

"Vətənpərvərlər İttifaqı" - 4 mandat

"Leyboristlər Partiyası" - 1 mandat

"Vətəndaşlar-Aleko Elisaşvili" - 2 mandat

Qiorqi Vaşadze - Strategiya Ağmaşenebeli" - 4 mandat

"Qirçi" - 4 mandat

"Gürcü Arzusu-Demokratik Gürcüstan" - 90 mandat, bunlardan 60-ı proporsional, 30-u majoritar

"Lelo" - 4 mandat.

Bizimlə əlaqə saxlayın