03 
Dek
2020
12:00
5533

Baş nazir 300 lari ilə bağlı açıqlama verdi: "Müraciətlər bu gündən etibarən qəbul ediləcək”

“Birdəfəlik sosial yardım üçün müraciətlər bu gündən etibarən qəbul ediləcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bildirib.

Qaxarianın dediyinə görə, Maliyyə Nazirliyinin yeni ilə qədər yardımların verilməsi ilə əlaqədar tapşırıq verilib.

“Bildiyiniz kimi, bu gündən etibarən son 2 aylıq məhdudiyyətlər nəticəsində işini müvəqqəti itirən vətəndaşlarımız üçün birdəfəlik ünvanlı sosial yardım üçün müraciətlərin qeydiyyatına başlayırıq. Əlbətdə ki, hər şeyi etməliyik və Maliyyə Nazirliyinə bu köməyi yeni ilə qədər verməsi artıq tapşırılıb və vətəndaşlar bu yardımı almaq üçün vaxtında müvafiq quruma müraciət etməlidirlər",- dedi Qaxaria.

Qeyd edək ki, 300 lari təzminat üçün elektron müraciət qəbulu bu gündən başlayır.

Gəlirlər Xidmətindən verilən məlumata görə, böhrana qarşı iqtisadi planın dördüncü mərhələsi çərçivəsində agentlik vətəndaşlara ünvanlı sosial yardım üçün tələb olunan yeni qeydiyyat proqramı hazırlamışdır.

Bizimlə əlaqə saxlayın