01 
Dek
2020
12:08
442

Acarıstanda mitinqlər dəvam edir - Vətəndaşlarla polis arasında qarşıdurma yaşandı

Acarıstan hökumətinin evinin yaxınlığında səs-küy yaranıb.

InterPress.ge xəbər verir ki, müxalifət üzvləri ilə hüquq-mühafizə orqanları arasında fiziki qarşıdurma baş verib.

Müxalifət üzvləri Tornike Rijvadze ilə görüş tələb edib, lakin hüquq-mühafizə orqanları onların Acarıstan hökumətinin evinə girməsinə icazə verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqdə bir neçə nəfəri tutmağa çalışıblar, hansı ki, fiziki qarşıdurma ilə nəticələnib.

Etiraz mitinqinə paralel olaraq hökumət iclası keçirilir.

"İnsanları niyə saxladıqlarını bilmirik. Polis birbaşa bizə qarşı şiddət tətbiq edir. Biz dinc bir etirazın iştirakçısıyıq. Rijvadze kölədir və onu tezliklə bitirəcəyik",- deyə bildirdilər hökumət evinin yaxınlığına toplaşanlar.

(Mənbə: ipn)

Bizimlə əlaqə saxlayın