01 
Dek
2020
11:18
710

Bu gün Gürcüstanda koronavirusa yoluxan 3759 nəfərin haradan olduqları açıqlandı

“3759 yeni koronavirus halından 1 595-i Tbilisidə, 623-ü Acariyada və 392-si İmeretidə aşkar edildi”.

InterPress.ge xəbər verir ki, İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava, bu barədə Hökumət İdarəsində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda 20 454 aktiv Kovid-19 yoluxma halı var, onlar arasında 1003 xəstənin sağlamlıq vəziyyəti ağırdır.

Berdia Sicinavanın dediyinə görə, 376 nəfər süni tənəffüs aparatındadır.

“Bu gün aşkar edilən 3 759 yeni infeksiya halından paytaxt və bölgələr üzrə göstəricilər belədir: Tbilisidə - 1 595, Acarıstanda-623, İmeretidə-392, Kvemo Kartlidə -139, Şida Kartlidə -127, Quria- 152 Sameqrelo-Zemo Svaneti - 237, Kaxetidə -253, Mçxeta-Mtianetidə - 126, Samtçxe-Cavaxetiya - 72, Raca-Leçxumi və Kvemo Svanetidə - 43”,- dedi Sicinava.

Bizimlə əlaqə saxlayın