01 
Dek
2020
11:01
800

Gürcüstanda koronavirusla bağlı SON VƏZİYYƏT

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 759 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 139 343 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3574 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 117 560 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 36 nəfər ölüb və ölənlərin ümumi sayı 1 303 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın