30 
Nybr
2020
20:16
386

Gürcüstanda daha bir nazirdə və müavinində koronavirus aşkar edildi

Test nəticəsində Gürcüstanın Maliyyə Naziri İvane Maçavarianidə "Kovid-19" təsdiqlənib.

InterPress.ge xəbər verir ki, məlumat Nazirliyin mətbuat xidməti tərəfindən yayılır.

Məlumata görə, Maçavariani özünü yaxşı hiss edir və distant şəkildə işinə davam edir.

Eyni zamanda, Nazirliyin verdiyi məlumata görə, test nəticəsində nazir müavini Qiorqi Kakauridzedə də koronavirus təsdiqlənib. O müalicəsini evdə alır.

Bizimlə əlaqə saxlayın