30 
Nybr
2020
15:52
686

Səhiyyə naziri tətbiq edilən məhdudiyyətlərlə bağlı danışdı

"28 Noyabrdan bəri tətbiq olunan bütün məhdudiyyətlərə riayət etmək vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Qaçqınlar, Əmək, Səhiyyə və Sosial İşlər Naziri Ekaterine Tikaradze Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, pandemiyanın təkcə Gürcüstanda deyil, bütün dünyada tüğyan etməsi səbəbindən bir nömrəli vəzifə insanların həyatını qorumaqdır.

"Əlbətdə ki, bu mitinqlərin hələ də dəvam etdiyinə görə çox kədərliyəm. Koordinasiya heyəti və şuranın beynəlxalq ekspertlərin iştirakı ilə qərar verdiyi bütün obyektlərdə iqtisadi fəaliyyətin dayandırılmasının nə qədər vacib olduğunu izah edə bilmədik. Bir daha təkrar edirəm ki, bu gün yalnız sosial məsafəni deyil, 28 Noyabrdan bəri tətbiq olunan və qurulan bütün məhdudiyyətləri də qorumaq vacibdir", - Ekaterine Tikaradze dedi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər