30 
Nybr
2020
14:35
495

Batumidə hökumət evinin qarşısında qarşıdurma baş verdi

Batumidə, Acarıstan Hökümət Evinin qarşısında təşkil olunan mitinqdə hüquq-mühafizə orqanları ilə etirazçılar arasında qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, etirazçılar, Acarıstan Hökumətinin sədri Tornike Rijvadze ilə müxtəlif sosial məsələlərin müzakirəsi üçün görüş tələb ediblər.

Hüquq mühafizə orqanları bunun üçün etirazçılara icazə verməyib.

Etirazçılar hadisə yerinə toplaşaraq Tornike Rijvadzeyə şüar səsləndiriblər: "Kölə, kölə!".

Ətraf ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bizimlə əlaqə saxlayın