30 
Nybr
2020
13:21
358

Qamğrelidze: “Siyasi proses pandemiyanın idarə edilməsinə tabe olmalıdır”

“Siyasi proses pandemiyanın idarə edilməsinə tabe olmalıdır”.

InterPress.ge xəbər verir ki, bu barədə Amiran Qamğrelidze Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

“Siyasi proses də pandemiyanın idarəsinə tabe olmalıdır, çünki bütün dünya ciddi bir pandemiya ilə qarşı-qarşıyadır. Ölkədə yoluxmada ciddi artım var. Bunun dayandırılması üçün bir neçə yanaşma var. Ölkənin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdə buna aitdir. Tətbiq başqa, icra başqa şeydir. Buna əməl etmiriksə və hər bir insan tövsiyələrə riayət etməli olduğumuzu başa düşməsə, heç bir nəticə çıxmaz. Eyni zamanda, səhiyyə və xəstəxana sektorlarında halların erkən müəyyən edilməsi lazımdır. Bütün bunların birləşməsi nəticəsində, əgər qaydalara riayət etsək, 3-4 həftə ərzində yaxşı nəticə verəcək və yeni yoluxmalar tədricən azalacaq ”,- dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın