30 
Nybr
2020
12:54
2146

Polis son 24 saat ərzində yüzlərlə insan cərimələdi - VİDEO

Hüquq-mühafizə orqanlarının apardığı monitorinq nəticəsində son 24 saat ərzində ölkə daxilində tətbiq edilmiş məhdudiyyətlər daxilində qüvvədə olan 1244 qaydanın pozulması halı aşkarlanıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Onların dediklərinə görə, polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 67 şəxsi cərimələyib.

Bundan əlavə, 24 saat ərzində maska taxma qaydasını pozduqlarına görə 1177 nəfər İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən cərimələnib.

“Daxili İşlər Nazirliyi yenidən vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırır, əks təqdirdə qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərdən istifadə ediləcəkdir.

Gürcüstan ərazisindəki bütün şəxslər, xalqın sağlamlığı sahəsində Gürcüstan qanunvericiliyinin tələblərinə əməl etməyə borcludur. Daxili İşlər Nazirliyi, vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır”,- deyə Daxili İşlər Nazirliyindən bildirilir.

Qurum maska taxma qaydasının pozulmasının Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyətə və 20 lari məbləğində cəriməyə, təcrid və karantin qaydasının pozulmasının Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən aparılır. Bu isə fiziki şəxslər tərəfindən pozuntunun 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimələnməsini nəzərdə tutulur. Təkrar qanun pozuntusu isə cinayət məsuliyyətini nəzərdə tutur.

"Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları, ölkədəki koronavirus virusunun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal reaksiya verirlər", - deyə Daxili İşlər Nazirliyi bildirib.

Bizimlə əlaqə saxlayın