30 
Nybr
2020
12:18
1581

Ticarətçilər Rustavidə yolu bağladılar

Ticarətçilər Rustavidə yolu bağlayıblar.

InterPress.ge xəbər verir ki, onlar fəaliyyətlərini davam etdirmək haqqını tələb edirlər.

Yerli sakinlər, tək qazanc mənbəyinin pandemiya səbəbindən artıq icazə verilmədiyi xarici ticarət olduğunu söyləyiblər.

Alverçilər fəaliyyətlərini davam etdirmələrini, əks halda pul yardımı tələb edirlər.

“Bu qadağa ilə ac qaldıq. İş yoxdur, kömək yoxdur, nə etməliyik, evə nə gətirməliyik. Bütün qaydalara əməl edirik, maska taxırıq, əlcək geyinirik. Bizə işləmək hüququ verin. Hər ay ödəniləsi 200 lari borcum var, onu necə ödəyə bilərəm”,- dedi etirazçılardan biri.

Rustavi Bələdiyyə Başçısı İrakli Tabağua alverçilərlə görüşmək üçün hadisə yerinə gəlib.

Bizimlə əlaqə saxlayın