30 
Nybr
2020
11:14
1347

Gürcüstanda həbsdə olan Azərbaycanlıların sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 108 nəfər saxlanılır.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 2 nəfər azalıb.

İttiham olunan 11 vətəndaşın 7-si kişi, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 86-sı kişi, 11-i qadın olmaqla 97-dir.

Hesabatda qeyd olunub ki, Gürcüstanda probasiya nəzarətində olan əcnəbilərin 30-u Azərbaycan vətəndaşıdır. Onların 29-u kişi, 1-i qadındır.

/Report/

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər