30 
Nybr
2020
09:58
968

Qardabanidə Rusiya vətəndaşı saxlanıldı

DİN Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Rusiya Federasiyası vətəndaşı, 1973-cü il təvəllüdlü A.Q. külli miqdarda narkotik maddənin qanunsuz alqı-satqısı ittihamı ilə həbs edib.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayır.

“Hüquq-mühafizə orqanları şübhəlini Tbilisi-Bakurisçixe-Laqodexi magistral yolunda Qardabani bələdiyyəsi ərazisində saxlayıb. Saxlanılan şəxsin yoxlanması nəticəsində polis 1 kiloqram eroin narkotik maddə aşkarlayıb . Həmçinin, 8390 GEL və 400 ABŞ dolları götürüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin" a "bəndi ilə aparılır, bu da xüsusilə çox miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanmasını nəzərdə tutur", - deyə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Cinayət ən çox 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın