29 
Nybr
2020
16:12
4549

Maliyyə naziri 300 lari yardımın ödənmə vaxtı ilə bağlı açıqlama verdi

"Fəaliyyəti məhdudlaşdırılmış şirkətləri işçilər haqqında ən qısa müddətdə dəqiq məlumat verməyə çağırıram".

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə naziri İvane Maçavariani söyləyib.

Onun sözlərinə görə, fəaliyyətin məhdudlaşdırıldığı sahələrdə hökumət işçilərə 300 lari təzminat ödəyəcək.

“Bu məbləğin ilin sonuna qədər ödənilməsi çox vacibdir. Hüquqi şəxslər, vergi ödəyiciləri bizə vaxtında işçilər barədə - açıq və ya qapalı bazarlar, müxtəlif ticarət mərkəzlərində, dükanlarda və ya restoranlarda işləyən insanlar barədə dəqiq məlumat vermələri çox vacibdir.

Gəlirlər Xidməti bazaları ilə vergi ödəyicilərinə bu məlumatları mümkün qədər asanlıqla toplamağa və bu səbəbdən bu məbləğləri vaxtında ödəməyə başlamağa kömək etmək üçün əlimizdən gələni edəcəyik, buna görə bir daha hər kəsi bu məlumatları mümkün qədər tez və dəqiq təqdim etməyə çağırıram. Təfərrüatlar Gəlirlər Xidməti tərəfindən yazılacaq və texniki hissəsi barədə yaxın günlərdə məlumat verəcəyik ”,- dedi Maliyyə naziri İvane Maçavariani.

Bizimlə əlaqə saxlayın