29 
Nybr
2020
13:59
1154

DİN 43 yaşlı kişini saxlayıb - VİDEO

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin Kiber Cinayətlər Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü E.R. həbs edib.

InterPress.ge xəbər verir ki, o, yetkinlik yaşına çatmayan şəxsin şəklini ehtiva edən pornoqrafik əsərləri almaq, əldə etmək, saxlamaq və istifadə etməkdə günahlandırılır.

İstintaq, təqsirləndirilən şəxsin şəxsi mənfəət üçün yetkinlik yaşına çatmayan şəxsin şəklini əks etdirən pornoqrafik əsərlər satın aldığını, və saxladığını müəyyən edib.

Hüquq-mühafizə orqanları kompleks axtarış və istintaq nəticəsində təqsirləndirilən şəxsi Zuqdididə saxlayıb.

Saxlanılan şəxsin evinə baxış keçirilərkən polis sübut kimi kompüter avadanlığı, mpbil telefonu, yaddaş kartları, lazer disklər, pul və kartlar ələ keçirib.

Gürcüstan Cinayət Məcəlləsinin əvvəlcədən məlumatı olan yetkinlik yaşına çatmayanlar şəxslərin şəkillərini ehtiva edən pornoqrafik əsərlərin alqı-satqısı, saxlanması və ya istifadəsi 255-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.

Cinayət ən çox 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın