29 
Nybr
2020
13:41
1052

Fəhlə bədbəxt hadisə zamanı həyatını itirdi

Çoxatauridə daş qıran sexdə 33 yaşlı kişi ölüb.

InterPress.ge xəbər verir ki, hadisə dünən gecə yarısı baş verib.

Kişinin aparatı təmizləyərkən yaralandığı bildirilir. O, xəstəxanaya aparıldıqdan bir müddət sonra ölüb.

Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlər zamanı insan tələfatı ilə nəticələnən təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə istintaq başladıb.

Bizimlə əlaqə saxlayın