28 
Nybr
2020
09:10
1008

Bu gündən etibarən bu şəhərlərdə ictimai nəqliyyat dayandırılır

“Taksilərdə onsuz da qüvvədə olanlar xaricində xüsusi bir məhdudiyyət yoxdur - maska taxmaq və sərnişin sayının məhdudlaşdırılması”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria bildirib.

Metronun fəaliyyətinə gəlincə, Qaxarianın dediyinə əsasən, 28 Noyabrdan etibarən nəqliyyatda tətbiq olunan məhdudiyyətlər metroya da şamil edilir.

“Maska taxmaq və sərnişin sayının məhdudlaşdırılması xaricində taksilərdə xüsusi məhdudiyyət yoxdur. Metroya gəldikdə, bələdiyyə nəqliyyatı ilə birlikdə metro da fəaliyyətini dayandırır. Bütün növ bələdiyyə nəqliyyatının fəaliyyəti dayandırılır ”,- dedi Qaxaria.

Qeyd edək ki, 28 Noyabr - 31 Dekabr tarixləri arasında Tbilisi metrosu da daxil olmaqla bələdiyyə nəqliyyatı böyük şəhərlərdə, xüsusən Tbilisi, Kutaisi, Batumi, Rustavi, Zuqdidi şəhərlərində işləməyəcəkdir.

Bizimlə əlaqə saxlayın