27 
Nybr
2020
18:26
1592

Çörəyin qiyməti bahalaşa bilərmi? - Nazirdən açıqlama

“Əhaliyə tam məsuliyyətlə bəyan edirəm ki, çörəyin qiyməti artmayacaq”.

InterPress.ge xəbər verir ki, bu bəyanatı Kənd Təsərrüfatı Naziri Levan Davitaşvili koordinasiya şurasının iclası başa çatandan sonra verdi.

Levan Davitaşvili qeyd etdi ki, son günlər ərzində, çörəyin qiyməti ilə bağlı müzakirələr tez-tez olurdu.

“Söhbət gedirdi ki, müəyyən obyektiv səbəblərə görə, ölkədə un bahalanacaq və müvafiq olaraq, da, bu bahalaşma çörəyin qiymətinə təsir edəcək. Həmçinin iki asosiasiya bəyanat verdi ki, onlar iqtidarla dialoq aparırlar və dövlət tərəfindən subsidiyalaşdırılması ilə bağlı müzakirə gedir.

Bəli, biz bu məlumatı təsdiqləyirik və deyirik ki, çörək önəmli strateji bir məhsuldur” – dedi Levan Davitaşvili.
“Qeyd olunan dövlət subsidiya proqramı dörd ay davam edəcək və martın 31-dən sonra, biz beynəlxalq bazardaki vəziyyətə baxacağıq.

Bildiyiniz kimi taxıl xüsusi satış obyektidi və onun qiymətini bir çox faktor şərtləndrir. Dünya bazarlarındaki qiymətlərə baxdıqdan sonra müvafiq qərarlar verəcəyik” – dedi Levan Davitaşvili.

Nazirin dediyinə görə, hələlik dövlət 3-4 ayın perspektivini yoxladı və qərar verdi ki, çörəyin qiymətində dəyişikliklər olmamalıdır.

Bizimlə əlaqə saxlayın