27 
Nybr
2020
12:38
1166

Dekabrın 6-dək hava necə olacaq? - Sinoptiklərdən açəqlama

Gürcüstanın qərbində 28 noyabr - 6 dekabr tarixlərində isti və yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi arabir əsəcək. 28 Noyabrda bəzi yerlərdə güclü külək olacaq. Hava istiliyi +17, +19 dərəcəyə yüksələcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.

Noyabrın 28-də Gürcüstanın şərqində əsasən yağmursuz hava şəraiti olacaq, digər günlərdə isə ölkənin bəzi yerlərində zəif yağış yağacağı gözlənilir.

Sinoptiklərin məlumatına görə, 28 noyabrda Tbilisidə yağıntısız hava şəraiti olacaq, 29 noyabr - 2 dekabr tarixlərində zəif yağış yağacağı gözlənilir. Havanın temperaturu gün ərzində +8, +10 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın