27 
Nybr
2020
11:32
694

Təhsil naziri Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşdü

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkeli Azərbaycanın Gürcüstandakı yeni təyin olunmuş səfiri Faiq Quliyevlə görüş keçirib.

InterPress.ge xəbər verir ki, nazir səfir ilə təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib.

Mixeil Çxenkeli Gürcüstan və Azərbaycanın həyata keçirdiyi birgə layihələri müsbət qiymətləndirib. Onun sözlərinə görə, ali təhsil sahəsində əməkdaşlığı dərinləşdirmək, birgə elmi-tədqiqat layihələrini həyata keçirmək vacibdir. Nazir mədəniyyət və idman sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən də danışıb. Öz növbəsində, Azərbaycan səfiri Faiq Quliyev iki ölkə arasında əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın