27 
Nybr
2020
11:02
1034

Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir - REKORD

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 780 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 123 470 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 489 sağalma qeydə alınaraq 102 270 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 37 nəfər ölüb və ölənlərin ümumi sayı 1 161 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın