27 
Nybr
2020
10:15
1302

İki nəfər gənc oğlan mənzildə ölü tapıldı

Karelidə 2 gənc oğlan mənzildə ölü tapılıb.

InterPress.ge xəbər verir ki, hadisə Rustaveli küçəsində baş verib.

İlkin məlumatlara görə, ölüm ehtimalı təbii qaz sızmasıdır.

Evdəki başqa bir gənc təcili yardım briqadası tərəfindən huşsuz vəziyyətdə Kareli Xəstəxanasına aparılıb. Həkimlərin dediklərinə görə vəziyyəti ağırdır.

Meyitlər müayinə üçün tibbi ekspertizaya aparılıb. Ölümün dəqiq səbəbi müayinə yolu ilə müəyyən ediləcək.

Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə istintaq başladılıb.

Ölən gənclər Kareldə kirayədə yaşayırmışlar.

Bizimlə əlaqə saxlayın