27 
Nybr
2020
09:13
506

Rustavidə yol qəzası baş verib

Rustavidə yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, hadisə Dostluq prospektində baş verib.

Şahidin sözlərinə görə, avtomobil mikroavtobusla toqquşub, güclü toqquşma nəticəsində mikroavtobus əvvəl dayanacaqda dayanmış avtomobilə, daha sonra dirəyə çırpılıb.

Məlumata görə, qəza zamanı mikroavtobus sərnişin daşıyırmış.

Qəzada bir nəfər yüngül xəsarət alıb. Yaralılar təcili yardım qrupu tərəfindən xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyindən bildirildiyinə əsasən, hadisə Cinayət Məcəlləsinin yol hərəkətinin təhlükəsizliyini və ya nəqliyyat vasitəsinin istismarını pozaraq sağlamlığa az ciddi ziyan vurmağı nəzərdə tutan 276-cı maddəsinin 2-ci hissəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər