26 
Nybr
2020
22:23
2160

Qamğrelidzedən koronavirusla bağlı xoş açıqlama

"Qaydalar tətbiq olunsa ölkədəki infeksiya nisbəti yanvar ayının sonuna qədər iki dəfə azalacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Amiran Qamğrelidze İdarələrarası Koordinasiya Şurasının iclasından sonra söyləyib.

"Bu məhdudiyyətlərin əsas məqsədi infeksiyanın belə sürətli böyüməsini dayandırmaq və ya əsas hədəf sürətli böyüməni dayandırmaqdır. Dövlət, cəmiyyət və tibb işçiləri arasında həmrəylik çox vacibdir. Ölkədəki vəziyyət çox çətindir, hamımız bunu qəbul etməli və bu qaydalara riayət etməliyik. Sürətli böyüməni dayandıracağıq, sonra yoluxmalar azalmağa başlayacaq və yanvar ayının sonlarına doğru çox güman ki, bugünkü infeksiya səviyyəsindən iki və daha çox dəfə aşağı olan digər göstəricilərlə çıxış edəcəyik. Məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi budur.

Başa düşürəm, əhali üçün çətindi, çox tənqid var, amma yaşamaq və sağlamlıq hüququ ilk hüquqdur. Kritik ölüm həddi 29-u keçib.
Məhdudlaşdırıcı tədbirlərə ehtiyac var",- dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın