26 
Nybr
2020
15:40
13945

Vətəndaşlara ŞAD XƏBƏR! Bu şəxslər 200 və 300 lari dövlətdən yardım alacaq

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, hökumətin davam etdiyi sosial paketdən bəhs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir bu gün keçirilən brifinqdə qeyd edib.

“İlk dalğada 300 larilik yardım etdiyimiz insanlar artıq qeydiyyatdan keçiblər və yardım davam edəcək. Həmçinin, 300 larilik yardımdan başqa, bankda krediti olan hər bir vətəndaşa kreditin təxirə salınması üçün yardım ediləcək” – dedi Qaxaria.

Onun sözlərinə görə, 250 min insan birinci dalğa şəraitində 300 larilik birdəfəlik yardımdan bəhrələnib.

"Bu dəfə, bu yardımın istifadə ediləcəyi ərazinin daralması səbəbindən, bunun təxminən yarısının, 100-120 min nəfər arasında bir yerdə olacağını düşünürəm. Bildiyiniz kimi, bu məhdudiyyətlərə əlavə olaraq hamı yaxşı başa düşür ki, ölkədəki iqtisadi böhran davam edir və bizi kifayət qədər çətin bir il gözləyir. Nəticədə, iqtisadi böhranın təsirləri ölkəmizin praktik olaraq bütün vətəndaşlarına və sosial qrupların əksəriyyətinə paylanır, buna görə Gürcüstan Hökumətinin həm elektrik enerjisi, həm də qaz üçün kommunal xərclərin dörd ay ərzində ödəniləcəyinə dair qərarını bir daha təkrarlayırıq və təsdiqləyirik. Əlavə olaraq, işini itirən və 1200 larilik yardımdan bəhrələnən şəxslər yenə bu proqramndan bəhrələnə biləcəklər. Sosial yardım proqramlarından biri olan bu proqram 1 yanvar tarixindən yenidən başlayacaq və altı ay davam edəcək. İşini itirmiş bütün insanlar dövlətən ayda 200 lari miqdarında 1200 lari məbləğində yardım alacaqlar. Əvvəlki dalğa şəraitində bu yardımdan 125 min insan faydalandı, bu dəfə də eyni sayda olacağını düşünürük”,- dedi Qaxaria.

Məlumat üçün bildirək ki, Baş nazirin sölərinə görə, qeyri-rəsmi işləyənlər bir dəfəlik 300 larilik, rəsmi işləyənlər isə 1 yanvardan 6 ay ərzində cəmi 1200 lari yardım alacaqlar.

Bizimlə əlaqə saxlayın