25 
Nybr
2020
15:57
566

Tikaradze: "Vətəndaşlarımızın yeni ili sərbəst və layiqincə qarşılamaları üçün əlimizdən gələni edəcəyik"

"Vətəndaşlarımızın yeni ili sərbəst şəkildə və layiqincə qarşılamaları üçün əlimizdən gələni edəcəyik".

InterPress.ge xəbər verir ki, bu barədə Ekaterine Tikaradze Koordinasiya Şurasının iclasından sonra deyib.

Səhiyyə nazirinin sözlərinə görə, hökumət məhdudiyyətlərin qoyulmasını müzakirə edərkən bir neçə faktoru nəzərə alır.

"Bir tərəfdən kovid infeksiyasının geniş yayılması nəticəsində insan sağlamlığına verilə biləcək şeyləri, digər tərəfdən isə, yeni il və Milad bayramını gözləyən vətəndaşlarımızın psixoloji vəziyyətini nəzərə alırıq. Əlbətdə ki, biznesin dekabr ayında olan aktiv mərhələsini də nəzərə alırıq. Əlbəttə ki, məhdudiyyətlər qoyacağımız müddətdən sonra prosesi izləyəcəyik ", - deyə nazir açıqlamasında bildirib.

Bizimlə əlaqə saxlayın