25 
Nybr
2020
13:23
528

Tengiz Çerçvadzenin sağlamlıq vəziyyəti ilə bağlı müsbət xəbər var

Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tengiz Çerçvadzenin səhhətində vəziyyət biraz yaxşılaşdı, dünən hərarəti yox idi, amma sətəlcəmdir.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qiorqi Beridze Tengiz Çerçvadzenin sağlamlıq vəziyyəti barədə Prime Time-a danışıb.

“Klinikada onun səhhəti izlənir. Daimi laboratoriya araşdırmaları aparılacaq və müalicə strategiyası müəyyənləşdiriləcəkdir. O qüvvətləndiyini hiss edir, ölkədə gedən prosesləri izləyir və distant şəkildə iştirak edir. Dünən hərarəti yox idi və sətəlcəm qalmasına baxmayaraq irəliləyiş əldə edilir”,- deyə bildirib Beridze.

Tengiz Çerçvadzenin həyat yoldaşı Ana Topuria hələ də evdə müalicə alır.

Xatırlatmaq istərdik ki, 17 Noyabrda Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tengiz Çerçvadzeyə koronavirus diaqnozu qoyulmuşdu.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər