25 
Nybr
2020
11:04
655

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı - RƏSMİ

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3071 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 11 4889 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3366 sağalma qeydə alınaraq 95 581 nəfər təşkil edib.

Qeyd edək ki, koronavirus səbəbi daha 34 nəfər ölüb və ölənlərin ümumi sayı 1 085 nəfər təşkil edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın