25 
Nybr
2020
10:31
494

Professor: "Bu mərhələdə səhiyyə sektoruna bir az nəfəs verməyin yolu məhdudiyyətləri sərtləşdirməkdir"

“Reallıq budur ki, vəziyyət çox çətindir, kəskin bir zirvəyə doğru gedirik və səhiyyə sektoru bu zirvəyə tab gətirə bilməyəcəyik”.

InterPress.ge xəbər verir ki, bu barədə Misisipi Universitetinin professoru, ABŞ-da işləyən gürcü həkim Zurab Quruli, Gürcüstan Baş naziri ilə səhiyyə mütəxəssisləri arasındakı görüşdən sonra bildirib.

Onun sözlərinə görə, belə bir şey yalnız Gürcüstanda baş vermir, bu bütün ölkələrin səhiyyə sektorunda problemə çevrilib, buna görə də bu mərhələdə səhiyyə sektoruna bir az nəfəs verməyin yolu məhdudiyyətləri sərtləşdirməkdir.

"Bu mərhələdə səhiyyə sistemimizə bir az nəfəs verməkdən başqa çarəmiz yoxdur. İnanıram ki, bu mərhələdə şəxsi və gündəlik həyatımızda məhdudlaşdırıla bilinəcək şeyləri mümkün qədər məhdudlaşdırmaq üçün birlikdə, şüurlu bir şəkildə hərəkət edəcəyik. Əlbətdə ki, biznesi hər tərəfli dəstəkləyirəm və bunun onlar üçün də böyük bir zərbə olacağını çox yaxşı başa düşürəm, amma vəziyyəti başqa şəkildə idarə etmək üçün məhdudiyyətləri sərtləşdirməkdən başqa bir silahımız yoxdur. Bu vəziyyətdə səhiyyə sektorunun rahat nəfəs almasına icazə verək",- dedi Zurab Quruli.

Bizimlə əlaqə saxlayın